Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 18:38
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçi final görüşündə ABŞ təmsilçisi Raylen Vaksa məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Bununla da Azərbaycan millisinin mundialdakı medal sayını 4-ə çatdırıb.
Daha əvvəl İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib çıxıblar.
Mənbə: apa.az