"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarılıb - FOTO

"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarılıb - FOTO

Tarix: 30 Jul 2026 12:45

İki ay əvvəl vətəndaş tərəfindən verilmiş məlumat əsasında Babək rayonu ərazisində yaralı vəziyyətdə tapılan Bürkut (qızılı qartal) (Aquila chrysaetos) Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən mühafizəyə götürülərək baytar həkimin nəzarəti altında müalicə olunub.

APA xəbər verir ki, aparılan müalicə tədbirləri nəticəsində tam sağalan qartal Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Ləkətağ kəndi yaxınlığındakı Kola adlanan dağlıq ərazidə təbii yaşayış arealına qaytarılıb.

Qeyd edək ki, Bürkut (qızılı qartal) (Aquila chrysaetos) Naxçıvan Muxtar Respublikasının fauna aləminə məxsus, Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş nadir və xüsusi mühafizə olunan yırtıcı quş növlərindən biridir. Bu növün təbii yaşayış mühitində qorunması biomüxtəlifliyin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ceyhun Məmmədov "Qırmızı Kitab" nadir qızılı qartal Naxçıvan
"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarılıb - FOTO
"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarılıb - FOTO
"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarılıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti