Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 14:11
"Doğulduğum torpaqda işləmək tamam fərqli hissdir və bununla qürur duyuram".
APA xəbər verir ki, bunu keçmiş məcburi köçkün, Laçın sakini Azər Qarayev bildirib.
O qeyd edib ki, doğma yurda qayıtdıqdan sonra sahibkarlıq fəaliyyətini bərpa etmək üçün dövlət dəstəyindən yararlanıb. Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyinə etdiyi müraciətdən sonra özünüməşğulluq proqramı çərçivəsində avtoyuma xidməti üçün zəruri avadanlıqlarla təmin edilib.
"Avtoyuma məntəqəsinin fəaliyyəti üçün lazım olan nasos, köpük aparatı, su aqreqatı və digər avadanlıqlar bizə təqdim olundu. Bundan əlavə, biznesimizi qurmaq üçün uyğun ərazi ayrıldı. Bu sahədə əvvəllər Bakıda da çalışmışam. Lakin doğulduğum torpaqda öz işimi davam etdirmək tamam fərqli hissdir və bununla qürur duyuram. İşlərimiz böyüdükcə yeni əməkdaşların da işə cəlb olunmasını planlaşdırırıq", - deyə A.Qarayev bildirib.
A.Qarayev əlavə edib ki, növbəti mərhələdə xidmət sahəsini genişləndirərək avtoyuma məntəqəsində xalçayuma xidmətini də istifadəyə verməyi nəzərdə tutur.
Elgün Gəncimsoy Laçın keçmiş məcburi köçkün


Mənbə: apa.az