Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Tarix: 30 Jul 2026 16:50

Kosmonavtikanın inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmiş görkəmli alim və hərbi xadim, general-leytenant Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsinin vurulacaq.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Kərim Abbasəli oğlu Kərimovun Bakı şəhərində yaşadığı binaya (Zərgərpalan küçəsi, 16) xatirə lövhəsinin vurulmasını təmin etməlidir.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti