- , 22 Dekabr, 2024
Tarix: 21.05.2024 23:15
İtaliyalı futbol məşqçisi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.
APA xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Canluka Di Marzio məlumat yayıb.
Ranyeri sonuncu dəfə İtaliyanın "Kalyari" klubunda məşqçi olub.
2023/24 mövsümündə "Kalyari" İtaliya çempionatında 15-ci yeri tutub.
72 yaşlı mütəxəssis karyerası ərzində İtaliyanın “Napoli”, “Fiorentina”, “Parma”, “Yuventus”, “Roma”, “İnter” və “Sampdoriya”, İspaniyanın “Valensiya” və “Atletiko”, Fransanın “Monako”, “Nant” klublarının sükanı arxasında olub. O, Yunanıstan milli komandasına həmçinin İngiltərənin “Çelsi”, “Fulhem” “Uotford” və “Lester” klublarına da məşqçilik edib.
Onun rəhbərliyi altında “Lester” 2015/16 mövsümündə ölkə çempion olub, "Valensiya" isə İspaniya, İntertoto və UEFA Super kuboklarına sahib çıxıb.
Məşqçinin uğurları sırasında "Fiorentina"nın İtaliya Kuboku və Super Kubokunu qazanması da var.