Ədəbiyyat üzrə Beynəlxalq Buker mükafatının qalibi məlum olub

Tarix: 22 May 2024 02:55

Ədəbiyyat üzrə Beynəlxalq Buker mükafatının qalibi məlum olub.

APA mükafatın saytına istinadən xəbər verir ki, 2024-cü ilin qalibi "Kairos" romanıyla Almaniya yazıçısı Jenny Erpenbeck olub.

Əsərin ingilis dilinə tərcüməçisi Maykl Hofmanndır.

Qeyd edək ki, Beynəlxalq Buker hər il ingilis dilinə tərcümə olunmuş ən yaxşı romana verilir.

Xəbər Lenti