Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

Tarix: 31 Jul 2026 15:51

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah da qatılıb.

Birgə taktiki təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Selcan Zaurqızı Müdafiə Nazirliyi "Zülfüqar - 2026" birgə taktiki təlim
Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub
Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

Mənbə: apa.az

Xəbər Lenti