"Çelsi"yə transfer qadağası qoyulub, 10 milyon funt-sterlinq cərimələnib

"Çelsi"yə transfer qadağası qoyulub, 10 milyon funt-sterlinq cərimələnib

Tarix: 31 Jul 2026 19:53

İngiltərə Futbol Assosiasiyası “Çelsi” klubunu cəzalandırıb.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

London təmsilçisinə iki transfer pəncərəsi müddətində qadağa tətbiq olunub. Bundan əlavə, Premyer Liqa klubu 10 milyon funt-sterlinq məbləğində cərimələnib.

Qeyd olunur ki, “Çelsi”nin ağır cəzalandırılmasına səbəb Roman Abramoviçin rəhbərliyi dövründə menecerlərə gizli ödənişlərin həyata keçirilməsi olub.

Xatırladaq ki, Abramoviç 2003–2022-ci illərdə “Çelsi”nin sahibi olub.

Mənbə: apa.az

Xəbər Lenti