KİV: UEFA İnfantinonun yerinə FIFA prezidentliyinə namizədlər axtarır

KİV: UEFA İnfantinonun yerinə FIFA prezidentliyinə namizədlər axtarır

Tarix: 01 Aug 2026 20:46

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidenti Canni İnfantinonun mümkün varisinin müəyyənləşdirilməsi üçün namizədlər üzərində işləyir.

Bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Qəzet xatırladıb ki, UEFA daha əvvəl İnfantinonun Dünya Çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq təşəbbüsü səbəbindən ona etimadsızlıq səsverməsi keçirməyi nəzərdən keçirirdi. Məlumata görə, bu ideya UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası və KONMEBOL tərəfindən dəstəklənməyib və nəticədə İnfantino layihədən imtina edib.

UEFA hesab edir ki, FIFA-ya bütün qitələrin dəstəyini qazana biləcək “birləşdirici fiqur” rəhbərlik etməlidir. The Telegraph yazır ki, təşkilat Avropadan olan namizədlərin kifayət qədər səs toplaya bilməyəcəyini düşündüyü üçün onları nəzərdən keçirmir.

Mümkün namizədlər arasında KONKAKAF prezidenti kanadalı Viktor Montalyani və Asiya Futbol Konfederasiyasının prezidenti, Bəhreyndən olan Şeyx Salman bin İbrahim Əl-Xəlifənin adı çəkilir. O, 2016-cı ildə keçirilən seçkilərdə İnfantinoya cüzi fərqlə uduzmuşdu.

UEFA FIFA Canni İnfantino

Mənbə: apa.az

Xəbər Lenti