HAVELSAN Azərbaycana komanda-idarəetmə sistemi ixrac edib

HAVELSAN Azərbaycana komanda-idarəetmə sistemi ixrac edib

Tarix: 02 Aug 2026 19:23

Türkiyənin müdafiə sənayesi şirkəti HAVELSAN-ın komanda-idarəetmə sahəsində hazırladığı mühüm proqram həllərindən biri olan Hərbi Hava Qüvvələri İnformasiya Sistemi (HvBS) çərçivəsində hazırlanmış kritik imkanların bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına uğurla təhvil verilib.

"Anadolu" Agentliyi xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat tələbatı nəzərə alınaraq hazırlanmış HvBS hava əməliyyatlarının planlaşdırılması, icrası, izlənilməsi və qiymətləndirilməsi proseslərini rəqəmsal mühitdə vahid platforma üzərindən idarə etməyə imkan verən müasir komanda-idarəetmə infrastrukturu təqdim edir.

Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verilən sistem əməliyyat mərkəzlərində xidmət aparan şəxsi heyətin vahid əməliyyat mənzərəsi əsasında fəaliyyət göstərməsinə, tapşırıq və əməliyyat məlumatlarının real vaxt rejimində idarə olunmasına, kritik əməliyyat məlumatlarının vahid mərkəzdən izlənilməsinə və qərarların qəbul edilməsinin sürətləndirilməsinə imkan yaradır. Bunun sayəsində planlaşdırma, koordinasiya və icra proseslərinin sürəti, dəqiqliyi və səmərəliliyi əhəmiyyətli dərəcədə artır.

Əməliyyat hazırlığını dəqiqələrə endirir

Bütün bu komponentləri vahid platformada birləşdirən HvBS dünyanın ən əhatəli hərbi hava qüvvələri informasiya sistemlərindən biri hesab olunur. Sistem əməliyyat hazırlığı prosesini dəqiqələr səviyyəsinə endirməklə hava əməliyyatlarında mühüm manevr imkanları yaradır.

Sistemin modulları müxtəlif komanda pillələri arasında təhlükəsiz məlumat mübadiləsini təmin edir, hava əməliyyatlarına dair mühüm məlumatların eyni vaxtda görüntülənməsinə və əməliyyatların vəziyyətə uyğun operativ şəkildə idarə olunmasına şərait yaradır. Açıq və modul prinsipi əsasında qurulan arxitekturası sayəsində sistem mövcud komanda-idarəetmə infrastrukturuna inteqrasiya oluna bilir və istifadəçilərin tələbatına uyğun genişləndirilə bilir.

HAVELSAN Azərbaycana komanda-idarəetmə sistemi

Mənbə: apa.az

Xəbər Lenti