XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Bakı Musiqi Akademiyası tələbələrinin konserti olub - FOTO

Tarix: 02 Aug 2026 22:56

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsert proqramında Azərbaycan və dünya klassik musiqisinin görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Tamaşaçılar Aleksandr Skryabin, Volfqanq Amadey Motsart, Moris Ravel, Ağabacı Rzayeva, Fikrət Əmirov, Alfred Şnitke, Rodion Şedrin, Vahid Rəhimov, Tofiq Quliyev, Frans Lehar, Yohannes Brams, Ülvü Həsənzadə, Fərhad Bədəlbəyli, Son Kuo, Arif Məlikov, Bob Kriv və Bob Quadio, Djalma Ferreyra, Kenni Dorham kimi bəstəkarların əsərlərini dinləyiblər.

Konsertdə Bakı Musiqi Akademiyasının tələbələri solo və ansambl heyətlərində çıxış edib. Proqram fortepiano, skripka, violonçel, truba, zərb alətləri, vokal və caz ansambllarının ifasında müxtəlif janrları əhatə edən nömrələrdən ibarət olub. Musiqi axşamında klassik, kamera, vokal və caz nümunələri təqdim olunub.

Qeyd edək ki, XV Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 29-dan avqustun 3-dək keçirilir. Festival çərçivəsində Azərbaycanın və xarici ölkələrin tanınmış musiqiçilərinin, kollektivlərinin iştirakı ilə silsilə konsert proqramları təşkil olunur.

İlham Əhmədov

Mənbə: apa.az

Xəbər Lenti