Bazar ertəsi, 3 Avqust, 2026
Tarix: 03 Aug 2026 16:33
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü bu gün atılıb.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.
Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə, "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.
UEFA Konfrans LiqasıMənbə: apa.az