XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış konserti keçirilib - FOTO

Tarix: 03 Aug 2026 22:49

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış konserti keçirilib. APA-nın Şirvan bürosu xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı möhtəşəm bağlanış konserti ilə yekunlaşıb. Təntənəli bağlanış mərasimi Azərbaycanın və dünya musiqisinin seçilmiş nümunələrini bir araya gətirərək tamaşaçılara unudulmaz sənət axşamı yaşadıb. Musiqisevərlərin böyük maraq göstərdiyi konsert festivalın zəngin proqramına layiqli yekun olub. Konsertə Əməkdar artist Fuad İbrahimov dirijorluq edib. Axşamda Xalq artistləri Azər Zeynalov (tenor), Samir Cəfərov (tenor), Əməkdar artist Elnarə Məmmədova (soprano), Lalə Mürşüdlü (soprano), Zərifə Alxasova (skripka) və Nəcəf Vəliyev (truba) solist qismində çıxış edərək yüksək peşəkarlıqları və parlaq ifaları ilə tamaşaçıların alqışlarını qazanıblar. Bağlanış konsertinin proqramı Azərbaycan klassik musiqisi ilə dünya bəstəkarlıq məktəbinin görkəmli nümunələrinin vəhdəti üzərində qurulub. Axşam Cahangir Cahangirovun "Qələbə uvertürası" ilə başlayıb. Daha sonra Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, Asəf Zeynallının Cəfər Cabbarlının sözlərinə yazdığı "Ölkəm" romansı, Fikrət Əmirovun "Sevil" operasından Balaşın ariyası səsləndirilib. Konsertdə, həmçinin, dünya opera irsinin məşhur nümunələri də təqdim olunub. Şarl Qunonun "Romeo və Cülyetta" operasından Cülyettanın valsı, Pablo Sarasatenin "Qaraçı nəğmələri", Cakomo Puççinin "Bohema" operasından Müzettanın valsı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Proqramda Azərbaycan professional musiqisinin görkəmli nümayəndələrinin əsərləri xüsusi yer tutub. Niyazinin "Vals" və Səməd Rüstəmin sözlərinə bəstələdiyi "Vətən nəğməsi", Rauf Hacıyevin "Bakı", Səidə Əliyevanın Fikrət Qocanın sözlərinə yazdığı "Ana", Məmməd Mirzəyevin "Poema-noktürn" əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə yazılmış "Sevgili canan", Emin Sabitoğlunun Əhməd Cavadın sözlərinə bəstələdiyi "Şükriyyə" və Fikrət Əmirovun parlaq orkestr əsəri olan "Azərbaycan kapriççiosu" ilə möhtəşəm şəkildə başa çatıb. Festivalın bağlanış gecəsində ölkənin mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar, musiqi ictimaiyyətinin nümayəndələri və çoxsaylı tamaşaçılar iştirak ediblər. Konsert boyu səslənən klassik və milli musiqi nümunələri Qəbələ Beynəlxalq Musiqi Festivalının illərdir qoruyub saxladığı yüksək bədii-estetik ənənələrin növbəti dəfə uğurla davam etdirildiyini nümayiş etdirib. XV Qəbələ Beynəlxalq Musiqi Festivalı bu il də müxtəlif ölkələrdən musiqiçiləri, dirijorları və ifaçıları bir araya gətirərək mədəniyyətlərarası dialoqun, klassik musiqinin təbliğinin və Azərbaycan musiqi sənətinin beynəlxalq müstəvidə tanıdılmasının vacib platformalarından biri olduğunu bir daha təsdiqləyib. Təntənəli bağlanış konserti isə festivalın ən yaddaqalan tədbirlərindən biri olub.

Mənbə: apa.az

Xəbər Lenti