Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlər müəyyənləşəcək

Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlər müəyyənləşəcək

Tarix: 04 Aug 2026 13:25

Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlər, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasının layihəsi hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlərin, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasının layihəsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Mənbə: apa.az

Xəbər Lenti