Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Tarix: 04 Aug 2026 14:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilmiş işsiz və işaxtaran şəxslərdən 5019 nəfəri cari il ərzində həmin kursları uğurla bitirdikdən sonra işlə təmin edilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, peşə kurslarını uğurla bitirənlərin ən çox işlə təmin edildiyi sahələr informasiya texnologiyaları, kommersiya, kompüter elmləri, iaşə xidməti və s. olub.

Bildirilib ki, hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.

Qeyd edilib ki, kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılır.

Günay Elşən ƏƏSMN Dövlət Məşğulluq Agentliyi peşə

Mənbə: apa.az

Xəbər Lenti