Qurban Qurbanov "Qarabağ"ın rəqibi "Dinamo" Kiyevdən danışıb: Uşaq vaxtı bu klubun azarkeşi olmuşam

Qurban Qurbanov "Qarabağ"ın rəqibi "Dinamo" Kiyevdən danışıb: Uşaq vaxtı bu klubun azarkeşi olmuşam

Tarix: 05 Aug 2026 12:15

“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda sabah səfərdə Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Təcrübəli mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: “Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. Azərbaycana tanış və azarkeşləri çox olan kollektivlə qarşılaşacağıq. Nəticədən asılı olmayaraq, maraqlı mübarizə olacaq. Matça tam istədiyimiz kimi hazırlaşmışıq və uğurlu nəticə üçün gedirik. Rəqibin də çox ciddi hazırlaşdığını bilirik. Hətta bunun üçün çempionat oyunlarını təxirə salıblar. İstənilən halda uğurlu nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Belə klublara qarşı oynamağı həmişə xoşlamışam. Mən özüm uşaq vaxtı Kiyev “Dinamo”sunun azarkeşi olmuşam. Bu cür komandalara qarşı oynamaq bizim üçün hər zaman prestij olub. Böyümək, daha irəli getmək üçün bu cür komandalarla qarşılaşmalı və qalib gəlməlisən”.

Mənbə: apa.az

Xəbər Lenti