QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə qrant müsabiqəsi elan edilib

QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə qrant müsabiqəsi elan edilib

Tarix: 05 Aug 2026 19:38

Səhiyyə Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun qrant vəsaiti hesabına QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edib.

APA xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib.

Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna avqust ayının 6-da başlanacaq.

Müraciət üçün son tarix 26 avqustdur.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

Müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30000 manat, yuxarı həddi 450000 manat olacaq.

QİÇS vərəm malyariya mübarizə üzrə qrant müsabiqəsi

Mənbə: apa.az

Xəbər Lenti