Metropoliten: İcra olunan layihələr ictimai nəqliyyatın daha səmərəli təşkilinə təkan verəcək

Metropoliten: İcra olunan layihələr ictimai nəqliyyatın daha səmərəli təşkilinə təkan verəcək

Tarix: 05 Aug 2026 18:52

Yeni layihələrin Bakı Metropoliteni üçün əhəmiyyəti ondan ibarətdir ki, daha çox sərnişin daşımaq, daha təhlükəsiz hərəkəti təmin etmək və daha səmərəli fəaliyyət göstərmək mümkün olacaq.

“APA-Economics” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, layihələrinin şəhər üçün funksional əhəmiyyəti ictimai nəqliyyatın hərəkətini maksimum dərəcədə rahatlaşdırmaqdan ibarət olacaq: "Bundan əlavə, mobilliyin artırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçiriləcək. Hətta Bakı şəhərində bu gün sürətlə inkişaf edən mikromobillik layihələrinin daha sürətli və davamlı inkişafına da xüsusi təkan verəcək. Ümumiyyətlə, Dövlət Proqramına uyğun olaraq qarşıdakı dövrdə on yeni stansiyanın inşası Bakı Metropoliteninin sərnişin sayını artırmaqla yanaşı, yerüstü nəqliyyatda şəhər mərkəzinə doğru hərəkəti rahatlaşdıracaq, tıxacların qarşısının alınmasına, mobilliyin artırılmasına və ictimai nəqliyyatın daha səmərəli təşkilinə müsbət təkan verəcək".

Qeyd olunub ki, qarşıdakı dövrdə, həmçinin Bakı Metropoliteninin daha səmərəli fəaliyyətinin təmin edilməsi, “28 May”dan “Həzi Aslanov”a qədər sərnişin axınlarının qarışmasının qarşısının alınması da təmin olunacaq:

"Bu o deməkdir ki, “Həzi Aslanov”dan “28 May” stansiyasına qədər bu gün sərnişinlər bir xətt üzrə hərəkət etmək üçün digər qatarı buraxaraq növbəti qatara minirlərsə, eyni zamanda bu, minən və düşən sərnişinlərə müəyyən maneələr yaradırsa, artıq qarşıdakı dövrdə proqram icra olunduqdan sonra xətt üzrə qarşınıza çıxan ilk qatarla mənzil başına rahat hərəkət edə biləcəksiniz”.

İlahə Səlimova metro Bakı

Mənbə: apa.az

Xəbər Lenti