Cümə, 7 Avqust, 2026
Tarix: 06 Aug 2026 18:21
“Real Madrid” Yan Diomandenin Almaniyanın “Leypsiq" klubundan transfer olunduğunu elan edib.
APA xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb.
Kot-d'İvuar millisinin 19 yaşlı hücumçusunun Madrid klubu ilə müqaviləsi 2033-cü ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, KİV-də Diomandenin transfer məbləği 125 milyon avro göstərilib.
Diomande 2025-ci ildən "Leypsiq"də çıxış edib. O, 2025/2026 mövsümündə 36 matçda meydana çıxıb, 13 qol vurub.
Real Madrid Yan DiomandeMənbə: apa.az