- , 22 Dekabr, 2024
Tarix: 24.05.2024 16:11
La Liqa təmsilçilərindən "Barselona" mövsümün sonunda baş məşqçisi Xavi Hernandezlə yollarını ayıracaq.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Klub prezidenti Xuan Laporta 2024/2025 mövsümündə Xavinin əsas komandanın baş məşqçisi olmayacağını bildirib.
Xatırladaq ki, 44 yaşlı ispan 2021-ci ilin noyabr ayından etibarən İspaniya nəhəngini çalışdırır.
Qeyd edək ki, Xavi mayın 26-da "Sevilya" ilə səfər matçından sonra postunu tərk edəcək.