KİV: Rusiya avqustun 24-dək Kiyevin enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməyə hazırlaşır

KİV: Rusiya avqustun 24-dək Kiyevin enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməyə hazırlaşır

Tarix: 09 Aug 2026 11:44

Rusiya Ukraynanın Müstəqillik Günü ərəfəsində Kiyevin enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməyə hazırlaşır.

UNİAN xəbər verir ki, müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında bildirilir ki, Rusiya maksimum zərər vurmaq üçün ballistik raket ehtiyatından istifadə edə bilər.

Analitiklərin fikrincə, ötən il enerji obyektlərinə intensiv hücumlar sentyabrda başlayıb. Bu il isə zərbələrin daha erkən, avqustda başlaması ehtimal olunur.

ISW qeyd edib ki, Kiyevin enerji obyektlərinə mümkün raket hücumları Ukraynanın qışdan əvvəl infrastrukturu bərpa və möhkəmləndirmək səylərinə ciddi zərbə vura bilər.

Rusiya Ukrayna Kiyev ISW raket hücumu enerji infrastrukturu Müstəqillik Günü müharibə

Mənbə: apa.az

Xəbər Lenti