Bazar, 9 Avqust, 2026
Tarix: 09 Aug 2026 18:39
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri sayəsində 1997-ci il təvəllüdlü Həsənov Elvin Vahid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
18:20
***
İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, günorta saatlarında Araz çayının Göbəktala kəndi ərazisindən keçən hissəsində batan İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 1997-ci il təvəllüdlü Elgün Həsənovun meyiti FHN dalğıcları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
17:59
***
Araz çayının İmişli rayonundan keçən hissəsində bir nəfər batıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında Araz çayının Göbəktala kəndi ərazisindən keçən hissəsində baş verib.
Balıq tutarkən qəfil çaya yıxılan 29 yaşlı Elgün Həsənov boğulub.
Hazırda onun axtarışlarına FHN dalğıcları cəlb olunub.
Mənbə: apa.az