Bakıda 39, Aran rayonlarında 40 dərəcə isti müşahidə olunub - FAKTİKİ HAVA

Bakıda 39, Aran rayonlarında 40 dərəcə isti müşahidə olunub - FAKTİKİ HAVA

Tarix: 10 Aug 2026 11:58

Avqustun 10-u saat 11:00-a olan faktiki hava açıqlanıb.

APA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 10-u saat 11:00-a olan məlumata əsasən, 9-u axşam saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı

Düşən yağıntının miqdarı Gədəbəydə 17, Daşkəsəndə 14, Ağstafa, Göygöldə 9, Şəmkirdə 7, Gəncədə 6, Tovuzda 4, Şəkidə 2, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ, Naftalanda 1 mm-dir.

Küləyin maksimal sürəti

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfa və Mingəçevirdə 21, Naftalanda 18, Şabranda 17, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Sədərəkdə 15 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 40, Naxçıvan MR-da 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti müşahidə olunub.

Faktiki hava yağış

Mənbə: apa.az

Xəbər Lenti