Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

Tarix: 10 Aug 2026 15:05

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

qeyri-sabit hava

Mənbə: apa.az

Xəbər Lenti