Çərşənbə, 12 Avqust, 2026
Tarix: 12 Aug 2026 10:35
Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq.
Apasport.az xəbər verir ki, Avstriyanın Zalsburq şəhərindəki “Stadion Salzburg”da baş tutacaq həlledici qarşılaşmada UEFA Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının qalibi “Aston Villa” üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, PSJ ötən il UEFA Superkubokunu qazanıb. “Aston Villa” isə tarixində ikinci dəfə bu kubok uğrunda mübarizə aparacaq.
UEFA Superkuboku UEFA Çempionlar Liqası PSJ Avropa Liqası “Aston Villa”Mənbə: apa.az