Bakı metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması işlərinin yekunlaşdırılması 11 aya planlaşdırılıb

Bakı metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması işlərinin yekunlaşdırılması 11 aya planlaşdırılıb

Tarix: 13 Aug 2026 11:17

Bakı metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması işlərinin tam olaraq yekunlaşdırılması 11 aya yaxın müddətdə planlaşdırılıb.

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlamasında bildirib.

"Bu müddət ərzində artıq birləşdirmə tunelinin inşasından sonra metropolitendə yaşıl və qırmızı xətlər müstəqil şəkildə fəaliyyətini davam etdirəcək", - baş mühəndis qeyd edib.

Onun sözlərinə görə, aparılacaq işlərlə əlaqədar artıq hərəkətin çevikliyi, dayanığlığının təmin olunması, intervallar üzərində kifayət qədər tədbirlərin təmin olunması işlərinə başlanılacaq.

Namiq Yusubov onu da vurğulayıb ki, aparılan işlər çərçivəsində Dərnəgül deposunun tikintisi aprılır. Deponun tikintisi çərçivəsində növbəti mərhələnin gələn ilin sonu, 2028-ci ilin əvvəlində bitəcəyi gözlənilir.

Emil İsmayılov "Bakı Metropoliteni” Namiq Yusubov

Mənbə: apa.az

Xəbər Lenti