Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri ilə bağlı təlim keçirilib - VİDEO

Tarix: 13 Aug 2026 11:14

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri zamanı fəaliyyətin təşkili” mövzusunda təlim keçirib.

FHN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağlıq-meşəlik ərazilərdə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər meşə massivində “xəsarət alaraq köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi xilasetmə vasitələri ilə xilas edərək” təhlükəsiz əraziyə təxliyə ediblər.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Emin Şirvanzadə FHN təlim Cənub Regional Mərkəz “Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri zamanı fəaliyyətin təşkili”
Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri ilə bağlı təlim keçirilib - VİDEO
Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri ilə bağlı təlim keçirilib - VİDEO
Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri ilə bağlı təlim keçirilib - VİDEO
Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri ilə bağlı təlim keçirilib - VİDEO
Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri ilə bağlı təlim keçirilib - VİDEO

Mənbə: apa.az

Xəbər Lenti