Narıncı və sarı xəbərdarlığa uyğun olaraq güclü küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Tarix: 25.05.2024 18:12

Mayın 25-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, öncədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti davam edir.

Müşahidə olunan küləkli hava şəraiti mayın 26-sı səhərədək davam edəcək.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən APA-ya bildirilib ki, Naxçıvan və Şabhuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb. Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 3 mm olub. Culfa rayonunda isə hazırda sürəti 18-22 m/san güclü külək əsir.

Xəbər Lenti