Xankəndi sakini: Şəhidlərimizin qanı yerdə qalmadı, öz torpaqlarımıza qovuşduq

Xankəndi sakini: Şəhidlərimizin qanı yerdə qalmadı, öz torpaqlarımıza qovuşduq

Tarix: 14 Aug 2026 08:02

"Şəhidlərimizin qanı yerdə qalmadı, biz öz torpaqlarımıza qovuşduq". APA xəbər verir ki, bunu Xankəndi şəhərinə köç edən keçmiş məcburi köçkün Əzizə Mirzəyeva bildirib. “Mən özüm şəhid anası, şəhid qızıyam. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı, biz öz torpaqlarımıza qovuşduq. Allah xalqımıza bir daha belə günlər göstərməsin”, - Əzizə Mirzəyeva qeyd edib.

Mənbə: apa.az

Xəbər Lenti