Cümə, 14 Avqust, 2026
Tarix: 14 Aug 2026 10:54
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-iyul aylarında 234 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan 103 min şəxs münasib işlərlə təmin olunub, 973 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib:
"10,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 119,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib".
Günay Elşən ƏƏSMN Dövlət Məşğulluq Agentliyi məşğulluq
Mənbə: apa.az