FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

Tarix: 14 Aug 2026 22:11

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 14.08.2026-cı il tarixində yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

FHN zəlzələ

Mənbə: apa.az

Xəbər Lenti