Şənbə, 15 Avqust, 2026
Tarix: 15 Aug 2026 11:33
İtaliyalı hücumçu Ciro İmmobile 36 yaşında futbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə forvardın son klubu “Paris” məlumat yayıb.
İmmobilenin Fransa təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər olsa da, tərəflər sözləşməyə vaxtından əvvəl xitam veriblər.
Karyerası ərzində “Latsio”, “Borussiya” (Dortmund), “Yuventus”, “Beşiktaş”, “Sevilya”, “Torino”, “Cenoa”, “Bolonya”, “Peskara”, “Qrosseto”, “Siena” və İtaliya millisində çıxış edən İmmobile A Seriyasında 4 dəfə bombardir olub.
O, 2020-ci ildə “Qızıl buts” mükafatını qazanıb, İtaliya millisi ilə AVRO-2020-nin qalibi olub. İmmobile həmçinin 207 qolla “Latsio”nun tarixində ən çox qol vuran futbolçudur.
Mənbə: apa.az