Şənbə, 15 Avqust, 2026
Tarix: 15 Aug 2026 11:58
Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Saleh Sultanov (J1, 81 kq) yarışın bürünc medalını qazanıb.
İdmançımız 1/4 finalda fransalı Siril Jonara məğlub olub.
Sultanov təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Jujqovu, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Mishiко Şiobrişvilini məğlub edib.
cüdo paracüdo Avropa çempionatıMənbə: apa.az