Türkiyə Super Liqası: “Fənərbaxça” ilk turda məğlub olub

Türkiyə Super Liqası: “Fənərbaxça” ilk turda məğlub olub

Tarix: 16 Aug 2026 00:30

Türkiyə Super Liqasında I tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha bir nəhəng xal itirib.

"Fənərbaxça" səfərdə "Gençlerbirliyi" ilə bacarmayıb. Oyunda hesab erkən açılıb. Talişka "sarı-lacivərdlilər"i önə keçirib. Lakin hissənin sonlarında Franko Tonqya hesabı bərabərləşdirib.

İkinci yarı qarşılıqlı hücumlar şəraitində keçib. Oğulcan Ülgün vurduğu qolla meydan sahiblərinə qələbə qazandırıb - 2:1.

Qeyd edək ki, tura avqustun 17-də yekun vurulacaq.

Mənbə: apa.az

Xəbər Lenti