Sabirabad sakininə buraçla xəsarət yetirilib

Tarix: 26 May 2024 00:05

Sabirabad sakininə buraçla xəsarət yetirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarağac kəndində qeydə alınıb.

1991-ci il təvəllüdlü Quliyev Cavad Firdovsi oğluna həmkəndlisi tərəfindən buraçla xəsarət yetirilib.

Kürəyindən və bədəninin başqa nahiyəsindən yaralanan şəxs Şirvan Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti