Husilər əl-Makha və Maribə yeni hücumlar təşkil edirlər, ölənlər var

Husilər əl-Makha və Maribə yeni hücumlar təşkil edirlər, ölənlər var

Tarix: 16 Aug 2026 18:32

Yəməndə Husilər əl-Makha və Marib şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə yeni hücumlar həyata keçiriblər.

Al Jazeera-nın məlumatına görə, əl-Makha şəhəri və onun ətrafı bir neçə dəfə hədəfə alınıb. Hücumlar nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Maribdə isə yaşayış məntəqələrinə 6 ballistik raket və 4 PUA ilə zərbə endirildiyi bildirilir. Hadisə zamanı 4 nəfər yaralanıb, evlərə və mülki infrastruktura ziyan dəyib.

Son günlər davam edən hücumlar səbəbindən əl-Makha limanında fəaliyyət müvəqqəti dayandırılıb.

Yəmən hökumət qüvvələri cavab olaraq Husilərin müxtəlif bölgələrdəki mövqelərinə qarşı 181 əməliyyat keçirdiyini açıqlayıb. Hökumət tərəfi əməliyyatlar zamanı onlarla Husi üzvünün öldürüldüyünü və yaralandığını bildirib.

Yəməndə 2022-ci ildən sonra nisbətən səngiyən döyüşlər son həftələrdə yenidən intensivləşib. Qarşıdurmaların Marib, əl-Cəvf, Taiz və digər bölgələrdə davam etdiyi bildirilir.

Husilər Yəmən əl-Makha Marib raket hücumu PUA hücumu ballistik raket Yəmən müharibəsi Qırmızı dəniz Yaxın Şərq

Mənbə: apa.az

Xəbər Lenti