Kriştiano Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Kriştiano Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Tarix: 16 Aug 2026 19:17

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbol karyerasını cari mövsümün sonunda başa vura biləcəyini açıqlayıb.

APA xəbər verir ki, 41 yaşlı futbolçu bunu “Vogue” jurnalına müsahibəsində deyib

“Yəqin ki, bu, futbolda son ilimdir. Böyük bir miras qoymaq istəyirəm”, - o söyləyib.

Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında isə 5 oyunda 3 dəfə fərqlənib.

Kriştiano Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub, 2016-cı ildə Avropa çempionluğunu qazanıb və iki dəfə Millətlər Liqasında çempionluq yaşayıb. Portuqaliyalı ulduz həmçinin 5 dəfə “Qızıl top” mükafatına sahib çıxıb.

Kriştiano Ronaldo Ronaldo Əl-Nəsr Portuqaliya futbol karyera futbolçu karyerası Çempionlar Liqası Qızıl top dünya çempionatı

Mənbə: apa.az

Xəbər Lenti