Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Tarix: 27 May 2024 23:08

Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçinin cəsədi sudan çıxarılıb.

APA-nın Şimal bürosu xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Eyvazovun cəsədi Samur-Dəvəçi-Abşeron su kanalından tapılaraq çıxarılıb.

Hərbçinin cəsədi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər Lenti