UEFA Konfrans Liqası pley-off mərhələsi: "Qarabağ" səfərdə "Tvente"ni məğlub edib

UEFA Konfrans Liqası pley-off mərhələsi: "Qarabağ" səfərdə "Tvente"ni məğlub edib

Tarix: 20 Aug 2026 23:56

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" "Tvente" ilə qarşılaşıb.

Niderlandda keçirilən ilk görüşə Bakı vaxtı ilə 22:00-da start verilib.

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Kadi Borgesin 52-ci dəqiqədə vurduğu qol Ağdam təmsilçisinə minimalhesablı qələbə qazandırıb - 1:0.

Konfrans Liqası Pley-off mərhələsi, ilk oyun 20 avqust 22:00 "Tvente" - "Qarabağ" 0:1

"Tvente": Lars Unnerstall, Van Rooly, Ruud Niystad, Robin Pröpper, Aske Adelqaard, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Vut Veqorst, Sondre Oryaster, Marko Pyatsa.

"Qarabağ": Martin Zlomisliç, Bruno Lanqa, Bense Varkonyi, Bədavi Hüseynov, Mateus Silva, Marko Yankoviç, Samuel Lobato, Jali Muaddib, Oleksey Kaşuk, Kadi Borges, Musa Qurbanlı.

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti