Maya Sandu Azərbaycanın COP29-a ev sahibliyini yüksək qiymətləndirir

Tarix: 30 May 2024 14:08

“Birləşmiş Millətlər Təşkilatının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinizi yüksək qiymətləndirirəm”.

APA xəbər verir ki, bu fikirlər Moldova Respublikasının Prezidenti Maya Sandunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

“Əminəm ki, bu tədbir Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha yaşıl gələcəyə kömək etmək istiqamətində birgə səylərimizi inkişaf etdirəcək”, - məktubda vurğulanıb.

Xəbər Lenti