Tovuzda 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb - YENİLƏNİB

Tarix: 31 May 2024 19:32

Tovuzda yeniyetmənin ildırım vurmasının bəzi təfərruatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Ağdam kənd sakini 2010-cu il təvəllüdlü Səbuhi Abdullayev düzənlik ərazidə mal-qara otaran zaman onu ildırım vurub. Yeniyetmə hadisə yerində ölüb.

***

19:13

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 2010-cü il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub. Yeniyetmə hadisə yerində ölüb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Xəbər Lenti