- Şənbə, 11 Yanvar, 2025
Tarix: 31.05.2024 21:43
Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında güclü yağışdan sonra rayonun Aşıqlı kəndinə və ucqar kəndlərə dolu yağıb.
5-10 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib. Bundan başqa dolu Gəncənin Hacıkənd qəsəbəsində yağıb.
Qeyd edək ki, hazırda ölkənin qərb bölgəsində yağışlı hava şəraiti davam edir.