Cəlilabad sakini suda boğulub - YENİLƏNİB

Cəlilabad sakini suda boğulub - YENİLƏNİB

Tarix: 01 Jun 2024 16:56

Cəlilabadda suda boğulanın kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, həmin şəxs Cəlilabad rayonunun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Mirhəsən Aftandil oğlu Şükürovdur. 17 yaşlı yeniyetmə kənddə yerləşən su bəndində boğulub.

Qeyd edək ki, yeniyetmə nənəsi ilə qaldığından hadisə qeydə alınan kəndin məktəbində 11-ci sinifdə təhsil alırdı.

Faktla bağlı araşdırma aparılır.

***

15:28

Cəlilabad rayon sakini suda boğulub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndində yerləşən su bəndində qeydə alınıb. Meyit sudan çıxarılıb.

Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti