İsmayıllıda qəza olub, ölən və yaralananlar var - YENİLƏNİB

İsmayıllıda qəza olub, ölən və yaralananlar var - YENİLƏNİB

Tarix: 01 Jun 2024 19:41

İsmayıllıda baş vermiş qəza ilə bağlı bəzi detallar məlum olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, əldə olunan məlumatlara əsasən "QAZ-53" markalı yük avtomobili "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

19:08

İsmayıllıda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, hadisə İsmayıllının Kürdmaşı kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində bir neçə nəfərin ağır yaralandığı və bir nəfərin dünyasını dəyişdiyi bildirilir.

Mənbə: apa.az

Xəbər Lenti