, 18 Yanvar, 2026
Tarix: 01 Jun 2024 20:54
Qax rayonuna dolu düşüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, əlverişsiz hava şəraiti rayon mərkəzi ilə yanaşı Qum kəndində də müşahidə edilib.
Dolu meyvə ağaclarına və bostan bitkilərinə ciddi ziyan vurub.
Hazırda şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.