Mourinyo FIFA və UEFA-nı Kroosun karyerasını bitirməsini qadağan etməyə çağırıb

Tarix: 03.06.2024 04:48

"Fənərbaxça"nın yeni, "Real"ın isə sabiq baş məşqçisi Joze Mourinyo Madrid klubunun yarımmüdafiəçisi Toni Kroosun karyerasını bitirmək qərarını şərh edib.

APA xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

“Bunu qadağan etmək lazımdır. FIFA və UEFA - onlar çoxlu qaydalar və qərarlar qəbul edirlər. Qərar verin və bu oğlanın karyerasını bitirməsinə imkan verməyin!”, - Mourinyo vurğulayıb.

Qeyd edək ki, 34 yaşlı alman futbolçu 2024-cü il Avropa çempionatından sonra karyerasını başa vuracağını açıqlayıb. Kroos komanda ilə 23 kubok, o cümlədən beş Çempionlar Liqası və dörd La Liqa çempionluğu qazanıb.

Xəbər Lenti