- Şənbə, 11 Yanvar, 2025
Tarix: 04.06.2024 14:00
"2024-cü ilin əvvəlindən bugünədək 1 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub".
APA xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, Audiovizual Şura yayımçıların proqramlarının monitorinqini həyata keçirir:
"Bütün ümumölkə yayımçılarının monitorinqi mütəmadi əsasda, digər yayımçıların monitorinqi vaxtaşırı olaraq və şikayət əsasında həyata keçirilir. 2023-cü ildə bir sıra pozuntulara görə yayımçılara 6 dəfə xəbərdarlıq verilib, 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub".