Bazar, 30 Avqust, 2026
Tarix: 30 Aug 2026 15:15
Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən APA-ya verilən xəbərə görə, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq isə şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
hava küləkMənbə: apa.az