Mingəçevir Dövlət Universitetinə müvəqqəti rektor təyin olunub

Mingəçevir Dövlət Universitetinə müvəqqəti rektor təyin olunub

Tarix: 04 Jun 2024 17:51

Mingəçevir Dövlət Universitetinə rektor vəzifəsini müvəqqəti icra edən təyin olunub.

Universitetdən APA-ya verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin 2024-cü ilin 3 iyun tarixində imzaladığı müvafiq əmrlə Mingəçevir Dövlət Universitetinə (MDU) yeni prorektor təyin olunub. Əmrə əsasən Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. Nazir E.Əmrullayevin müvafiq tarixli digər əmrinə əsasən Ü.Zeynalov MDU rektorunun vəzfisəni müvəqqəti icra edən təyin olunub.

2024-cü ilin 4 iyununda Ü.Zeynalovun təqdimatı olub. Ü.Zeynalovu MDU-nun akademik-inzibati heyət üzvlərinə təqdimatınını Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov təqdim edib.

Mingəçevir Dövlət Universitetinə müvəqqəti rektor təyin olunub

Mənbə: apa.az

Xəbər Lenti