Leysan olacaq - XƏBƏRDARLIQ

Leysan olacaq - XƏBƏRDARLIQ

Tarix: 30 Aug 2026 19:31

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, 31-i fasilələrlə yağan yağışın intensiv və güclü olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

yağış leysan hava

Mənbə: apa.az

Xəbər Lenti